Qərb Rusiyaya SON ZƏRBƏNİ ENDİRDİ -

Avropa Birliyinin və G7 ölkələrinin Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq etməsi Moskva tərəfindən etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya bu qadağaya cavab vermək üçün tədbirlər hazırlayır. “Bu qiymət məhdudiyyətinin tətbiqini qəbul etməyəcəyik və təhlilimizdən sonra bu işin necə təşkil olunacağını sizə tez bir zamanda bildirəcəyik” - Peskov deyib.

Qeyd edək ki, Avropa İttifaqı və G7 ölkələri Rusiyadan dəniz yolu ilə tədarük edilən neftə qiymət həddi tətbiq edib. Avropa İttifaqı və G7 ölkələri Rusiya neftinin qiymətini 1 barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edib. Rusiya tərəfi bəyan edib ki, Moskva rus neftinə sanksiya tətbiq edən ölkələrə neft satmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR