Göyçayda qəza ölümlə bitdi

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini Fərid Zəkəriyəyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.

Xəstəxanaya yerləşdirilən V.Cəlilov həkimlərin səylərinə baxmayaraq qəza səbəbindən vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR