Putin Ukraynaya səfər edəcək -

“Vaxtı gələndə Prezident Vladimir Putin Donbasa səfər edəcək”.

Metbuat.az “Trthaber”ə istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. Peskov jurnalistin “Rusiya Prezidenti Vladimir Putin Donbas bölgəsinə səfər edəcəkmi?” sualına belə cavab verib:

“Zamanı gələndə bu da olacaq. Oralar Rusiyanın bir hissəsidir”.

Qeyd edək ki, Rusiya saxta referendumla Ukraynanın Luqansk, Xerson, Donetsk və Zaporojye vilayətlərini ilhaq edib. Donbas da Rusiyanın nəzarətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR