Əli Əsədov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Azərbaycanın Baş Naziri Əli Əsədov dekabrın 5-də Rusiya Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.

Metbuat.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı tərəfdaşlığın gündəliyində duran aktual məsələlər müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR