​Nazirliklərin sosial şəbəkə hesabları nə yerdədir? -

Hazırda insanların məlumatları rəsmi şəkildə əldə etməsi üçün rəsmi orqanların sosial şəbəkə hesabları güvənli mənbələrdən biridir. Doğrudur, nazirliklərin hər birinin rəsmi səhifələri olsa da, izləyəcilərin daha çox sosial şəbəkələrdən məlumat aldığını nəzərə alaraq bu platformalarda da məlumatların yayılması daha əlverişlidir.

Metbuat.az nazirliklərin sosial şəbəkə hesabları ilə bağlı kiçik araşdırma aparıb:

Müdafiə Nazirliyi

Xüsusilə Vətən müharibəsindən sonra gözlər daha çox Müdafə Nazirliyinin rəsmi məlumatlarında olur. Nazirliyin feysbukda 296,882 izləyicisi var. İnstaqram hesabında isə nazirlik 97 mindən çox insanla rəsmi məlumatları paylaşır. Tviterə gəlincə MN-in bu sosial şəbəkə hesabında 46 mindən çox insan var.

Xarici İşlər Nazirliyi

XİN-in sosial şəbəkə hesabları da kifayət qədər aktivdir. Belə ki, feysbukda 28,211 izləyiciyə məlumat çatdıran nazirlik, həmçinin instaqramda 18 mindən çox, tviterdə isə 184 mindən çox izləyicisi var.

Nazirliyin rəsmi görüşləri, səfərlər məhz bu platformalardan istifadəçilərə çatdırılır.

Səhiyyə Nazirliyi

Tviterdə 6287, feysbukda 61,238, instaqram hesablarında isə 38 mindən çox izləyici var. Tviter və feysbukdan fərqli olaraq instaqram hesabında nazirlik mütəxəssislərlə canlı yayımlar açaraq istifadəçilərin suallarını cavablandırır.

Elm və Təhsil Nazirliyi

İnsanlar üçün fikirlərini, şikayət və təkliflərini nazirliklərə çatdırmaq üçün onların sosial şəbəkə hesabları ən alternativ vasitəyə çevrilib. Elə Elm və Təhsil Nazirliyinin də.

Nazirliyin feysbukda 205,562, instaqramda 102 mindən çox, tviterdə isə 16 mindən çox izləyicisi var. Nazirliyin fəlaliyyəti sosial şəbəkə hesablarında göstərilir. Sosial şəbəkə hesablarına baxan zaman istifaçilərin də şikayət və təflikləri ilə bağlı rəyləri də olduqca çox idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

ƏƏSMN sosial şəbəkə hesablarına baxdımız zaman kifayət qədər məlumatların paylaşıldığını gördük. Nazirliyin feysbukda 136,598, instaqramda 110 min, tviterdə isə 17 mindən çox izləyicisi var.

Daxili İşlər Nazirliyi

DİN-in sosial şəbəkə hesabları da olduqca aktivdir. Nazirliyin feysbukda 86,113, instaqramda 290 min, tviter hesabında isə 20 mindən çox izləyicisi var. Nazirlik təkcə fəaliyyətləri ilə bağlı deyil, həmçinin bu platformada vətəndaş şikayələrinə də operativ cavab verir.

Fövqəladə Hallar Nazirliyi

Rəsmi məlumatların yayılmasında sosial şəbəkələrdə daha operativ olan nazirliklərdən biri də FHN-dir. Nazirliyin feysbukda 15,885, instaqramda 1202, tviterdə isə 8903 izləyicisi var.

İqtisadiyyat Nazirliyi

Feysbukda 13,014, instaqramda 8414, tviterdə isə 9 min 90 nəfər izləyicisi var. Xüsusilə nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar paylaşılır.

Ədliyyə Nazirliyi

Nazirliyin fəaliyyəti ilə bağlı məlumatların yer feysbukda 25,946, instaqramda 6460, tviterdə isə 458 izləyicisi var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Nazirliyin feysbuk hesabı digər sosial şəbəkədəki hesablarına nisbətdə daha fəaldır. Rəsmi məlumatların yayımlandığı feysbukda 31,139 izləyici, instaqram hesabında 9528 nəfər izləyici var. Tviterin ölkəmizdə daha az istifadə edilən platforma olduğunu nəzərə alsaq, ETSN-nin də burada cəmi 608 nəfər izləyicisi var.

Gənclər və İdman Nazirliyi

41,246 nəfər nazirliyin feysbuk hesabında, instaqramda 17 mindən çox, tviterdə isə 6 mindən çox izləyiciləri var. Digər bir maraqlı məqam isə hazırda dünya ölkələrində olduğu kimi Azərbaycanda məşhur sosial şəbəkə platforması olan “Tiktok” hesabının olmasıdır. Nazirlik sosial şəbəkə hesablarında fəaliyyəti barədə məlumatlar paylaşır.

Mədəniyyət Nazirliyi

Mədəniyyət Nazirliyi də rəsmi hesablarında aktiv olan nazirliklər sırasındadır. Feybsukda daha çox kütlənin - 58,172 izləyici olan nazirliyin instaqram və tviter hesabları da müvafiq olaraq 15 min və 3905 izləyici sayındadır.

Maliyyə Nazirliyi

Nazirliyin həyata keçiridiyi tədbirlər, məlumatlar paylaşılır. Feybsukda 10,890, instaqramda 1417, tviterdə isə 683 nəfər nazirliyin fəaliyyətini izləyir.

Kənd Təsərrüfatı Nazirliyi

Nazirliyin sosial şəbəkə hesabları gündəlik fəaliyyət, rəsmi görüşlər, həyata keçirilən tədbirlər ilə bağlıdır. Feysbukda nazirliyin 62 mindən çox izləyicisi var. İnstaqramda 15 mindən çox, tviterdə isə 2 mindən çox izləyici var.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Bu nazirlik də digərləri kimi fəaliyyəti ilə bağlı məlumatları sosial şəbəkə hesablarında aktiv yayır. Feysbukda 24 mindən çox izləyicisi olan nazirliyin instaqramda 2591, tviterdə isə 2823 izləyicisi var.

Energetika Nazirliyi

Feysbukda 5289 izləyicisi olan nazirliyin instaqram hesabında da 1074, tviterdə isə 5239 izləyici var. Bu sosial şəbəkə hesablarında nazirliyin gördüyü işlər barədə məlumatlar paylaşılır.

Müdafiə Sənayesi Nazirliyi

Nazirliyinin 6608 izləyici ilə feysbukda, instaqramda, tviterdə 3506 izləyicisi var. Digər nazirliklər kimi əsasən nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar yer alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR