Qadın balta ilə qətlə yetirilib, əri şübhəli bilinir

Gədəbəydə qadın balta ilə qətlə yetirilib, əri şübhəli bilinir.

Metbuat.az-a bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR