DİN-in saxladığı şəxs tanınmış prodüserin əri imiş -

Xəbər verdiyimiz kimi, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Metbuat.az xəbər verir ki, saxlanılan şəxs - Rasim Həsənov prodüser Təranə Səmədovanın həyat yoldaşıdır.

Ötən gün Təranə şəxsi instaqram hesabında: "Bu əl sənin kürəyindən heç vaxt çəkilməyəcək, ta ki, bunu sən istəməyincə, nə qədər canımda can varsa bizim haqqımız üçüň mübarizə aparacam və hər zaman başımın tacısan. Əminəm ki, Allah səni mənə, məni sənə yetiribsə burda bir kəramət var. Bizim sevdiyimiz Allah varsa, rəhmi də var və o rəhmli Allah haqqsızlığa göz yummayacaq və mən də bunun uğrunda əlimdən nə gəlirsə hər şeyi edəcəm", - deyə paylaşım edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR