Prodüser DİN tərəfindən saxlanılan ərindən yazdı -

Xəbər verdiyimiz kimi, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib. Rasim Həsənov tanınmış prodüser Təranə Səmədovanın həyat yoldaşıdır.

Metbuat.az xəbər verir ki, Səmədova ərinin saxlanılmasından sonra instaqram hesabında paylaşım edib:

"Ata, biz necə darıxırıq səninçün. Allah özü qorusun bizi, heç bir valideynin, heç bir övladın gözü yaşlı qalmasın.Allah haqqı nahaqqa möhtac qoymasın. Hər açılan sabahın bir kəraməti var. İnşAllah xeyirli günlərdən olar bu gün də. Sonda hər şey yaxşı bitir, hər şey yaxşı deyilsə, deməli son deyil. Allah səni bizə tez qovuşdursun ki, Rzayla, Ayazla hələ də çəkdirmədik də biz şəkil, ya onlar bizsiz əyləndilər, ya da Rza gəldi və sən getdin", - deyə o qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR