Rəşad Nəbiyev Dağıstan Respublikasının rəhbəri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşüb.

Metbuat.az Nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində və hava nəqliyyatı sahəsində əməkdaşlıq, logistik mərkəzlərin yaradılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, rəqəmsallaşma istiqamətində əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dair müzakirə aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR