İranda hicab qaydası ləğv olunur? -

“İranın hicab qaydalarından imtina etməsi mümkün deyil”.

Metbuat.az xəbər verir ki, millət vəkili Hüseyin Cəlali belə açıqlama verib. O bildirib ki, hicab qaydası ləğv oluna bilməz. Deputatın iddiasına görə, İrandakı üsyan nəzarət altına alınıb.

“Üsyan nəzarətə alındı. Lakin bu dəfə başqa həmlə etdilər. Etirazçılara “Gedin başınızı açın ki, məqsədimizə çataq” deyirlər. Bu aksiyalar küçə nümayişlərindən az təhlükəli deyil. Hicab qadyasına tabe olmamağın cəzasını artıracağıq. Bizim hicab qaydasından əl çəkməyimiz mümkün deyil. Bu qaydadan əl çəkmək İslam Respublikasından imtina etmək deməkdir” - deputat deyib.

Qeyd edək ki, İranın bəzi rəsmi dairələri hicab qaydalarının yenidən nəzərdən keçirildiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR