Xameneidən GÖZLƏNİLMƏZ AÇIQLAMA:

“Ölkənin mədəniyyət strukturunda inqilab etmək lazımdır”.

Metbuat.az xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei belə diqqətçəkən açıqlama verib. O bildirib ki, mədəniyyət strukturu inqilabi şəkildə yenidən qurulmalıdır. Ali dini liderin sözlərinə görə, Ali Şura ölkənin müxtəlif sahələrində mədəniyyətdəki zəiflikləri müşahidə etməlidir. Qeyd edək ki, İranda etiraz aksiyalarından sonra hicab məcburiyyətinin ləğvi gündəmə gəlib. Bəzi dairələr buna dair açıqlamalar versə də, bəzi rəsmilər isə qarşı çıxır.

Həmçinin, İranda Məhza Əminin ölümünə səbəb olduğu iddia edilən Əxlaq Polis qurumunun da ləğv edildiyi qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR