Toydan qayıdan ailə qəzaya düşdü -

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun "Səbət bazarı" yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına anidən mal-qara çıxıb. Bu zaman sürücü idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 10 yaşlı M.Süleymanzadə, 42 yaşlı S.Məmmədova, 54 yaşlı S.Məmmədova və 40 yaşlı G.Məmmədova xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR