Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Digər görüşdə "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.
18:00. “Zirə” – “Neftçi”
20:30. “Qarabağ” – “Qəbələ”
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. "Kəpəz" "Turan Tovuz"u, "Səbail" isə "Sabah"ı qəbul edəcək.