Səfir Araikin Fransa telekanalına müsahibəsini pislədi

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "France24" telekanalının qondarma rejimin "rəhbəri" Araik Arutyunyanla müsahibəsinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, səfir tviter hesabında telekanlın bu addımını pisləyib.

O, bildirib ki, dünya tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin "France24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur və eyni zamanda, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR