Anası şəmkirli, atası cənubi azərbaycanlı -

İngiltərənin Azərbaycan əsilli makiyajsız gözəli kimi populyarlıq qazanan Melisa Rauf "BBC Azərbaycanca"ya müsahibə verib.

Metbuat.az xəbər verir ki, o, anasının şəmkirli, atasının isə cənubi azərbaycanlısı olduğunu bildirib. Melisa müsahibədə həmçinin Azərbaycan dilində də fikirlərini ifadə edib:

Bundan əlavə, Melisa ailəsi ilə tez-tez Azərbaycana gəldiyini qeyd edib: "Kiçik yaşlarımdan anam, ailəmlə Azərbaycana gedirəm. Nənəmə baş çəkirəm. Nənə-babamı görürəm, qohumlarımla görüşürəm. Anam əslən Şəmkirdəndir. Orada çoxlu qohumlarım var. Bakını çox sevirəm. Bakı mənim ürəyimdir. Olduğum ən gözəl yerlərdən biridir".

O həmçinin Azərbaycan yeməklərini sevdiyini, "Qız qalası", dənizkənarı bulvarda gəzməyi xoşladığını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR