“Rusiya ordusu Ukraynada hələ çox döyüşəcək” -

Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, Rusiya ordusu Ukraynada hələ uzun müddət döyüşə biləcək.

Metbuat.az xəbər verir ki, Kreml rəhbərinin digər açıqlaması isə səfərbərliklə bağlı olub. Putin qeyd edib ki, hələlik ikinci dəfə əsgər çağırışına ehtiyac yoxdur.

Rusiya liderinin görə, sentyabr və oktyabr aylarında çağırılan 300 min ehtiyatda olan hərbçidən 150 mini Ukraynada, 77 mini isə döyüş bölmələrində yerləşdirilib. Qalan 150 min nəfər hələ də təlim mərkəzlərindədir.

"Bu şərtlər daxilində hər hansı əlavə səfərbərlik tədbirləri haqqında danışmaq heç bir məna kəsb etmir", - Putin bildirib.

Putin öz çıxışında nüvə müharibəsi riskinin artdığını, lakin Rusiyanın ehtiyatsızlıqdan belə silahlardan istifadə etməklə heç kimi hədələməyəcəyini deyib.

“Biz dəli olmamışıq, nüvə silahının nə olduğunu anlayırıq”, - Putin bildirib.

Məlumat üçün bildirək ki, Rusiya Ukraynanın Qərb tərəfindən silahlandırılması nəticəsində uzun müddətdir ki, bir sıra əks-hücum əməliyyatları qarşısında geri çəkilməyə məcbur olub.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR