"Türkiyə haqlıdır, xaosu ABŞ yaradıb" -

“ABŞ Suriyanın şimalında PKK/YPG terrorçularını dəstəkləyərək bölgədə sabitliyi pozur”.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Vaşinqton “parçala və hökmranlıq et” siyasəti yürüdür. Lavrovun sözlərinə görə, ABŞ qüvvələrinin Fərat çayının şərqində mövqe tutması qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Lavrov Suriyadakı xaosa görə ABŞ-ı tənqid edib“.

ABŞ olduğu ərazilərdə Türkiyəyə qarşı olan silahlı qrupları dəstəkləyir. Bu isə haqlı olaraq Türkiyəni narahat edir. ABŞ PKK/YPG terrorçularından həm Türkiyəyə, həm də rejim qüvvələrinə qarşı istifadə edir” - Lavrov deyib.

Qeyd edək ki, Türkiyə Suriyada quru hərəkatına hazırlaşır. Bundan əvvəl Türkiyənin Suriyadakı antiterror əməliyyatlarına qarşı çıxan Rusiya, bununla bağlı mövqeyini yumşaldıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR