Teleqramın "ifşa" kanalları -

Son zamanlar sosial şəbəkə platformalarında müxtəlif vəzifəli şəxslərin intim görüntüləri yayılır. Xüsusilə də bu yayılan materiallar teleqram kanalları vasitəsilə paylaşılaraq gündəmə çevrilir.

Nəzərə alsaq ki, sosial şəbəkə paltformalarında uşaq və yeniyetmələr kifayət qədər aktivdirlər. Onların qarşısına belə pornoqrafiq şəkil və videoların çıxmasının onlara, ümumilikdə, cəmiyyətimizə mənfi təsirləri böyükdür.

Bəs teleqramda yaradılan "ifşa" kanalları ilə bağlı hansı tədbirlər görülür?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirdi ki, polis tərəfindən sosial şəbəkə platformalarında neqativ hallarla bağlı tədbirlər görülür:

"Vətəndaşlarımızı narahat edən hallara etinasız yanaşılmır. Düşüncənin düşüncədən güclü olduğu sosial mediada reallıqla qeyri-reallıq arasında sabit qayda, norma yoxdur. İnsanların özəl və ictimai mediadan asılı olmadığı indiki dövrdə sosial medianın imkanları pozitiv dəyərlərə söykənməlidir. Buna hamı əməl edirmi? Sosial media şəbəkəsinin üzvləri bu rəqəmsal alətlərdən şəxsi piarına, alqoritm imkanlarının genişlənməsi üçün rezonans verən paylaşımlara üstünlük verir. İnsan həmişə formaya, başqa sözlə, trend yaratmağa səy göstərir. Çünki onlar bilir ki, məzmunu maraqlı saxlamaq üçün rezonans yaradan informasiya həmişə aktualdır. İstər təsadüf, istər qəsdən olsun, fərqi yoxdur. Sosial mediaya informasiya ötürən şəxs ehtiyacını, ona lazım olanı qarşılamaq üçün bunu edir. Görünən odur ki, bu, populyarlıq niyyətindən qaynaqlanır".

Elşad Hacıyev: "Bu gün razılaşdırılmayan aksiyada saxlanılanlar arasında  qadın və azyaşlı yoxdur"

DİN rəsmisi qeyd etdi ki, insanların hüquqlarının qorunmasında cəmiyyət də iştirak etməlidir:

"Hər bir insan nəzərə almalıdır ki, heç kimin görməsini, eşitməsini istəmədiyi nəyisə etmək və demək risklidir. Sosial şəbəkəyə sənin yox, başqasının evi kimi yanaşılsa, təhlükə yoxdur. Əsas xüsus ondan ibarətdir ki, hüquqları qorumaq tək dövlət təşkilatlarının işi yox, bütün cəmiyyətin fasiləsiz işi olmalıdır".

Hüquqşünas Əlövsət Allahverdiyev Metbuat.az-a açıqlamasında qeyd etdi ki, kimliyindən asılı olmayaraq hər hansı bir şəxs kiminsə şəxsi ailə həyatına müdaxilə edərsə, kimlərinsə adından profil yaradaraq təhqiramiz hərəkətlər edərsə, birbaşa Azərbaycan Respublikasının Cinayət məcəlləsi ilə məsuliyyətə cəlb olunur:

Erməni cinayətləri sistemləşdirildi – İlk dəfə

"Heç bir halda həmin şəxs məsuliyyətdən boyun qaçıra bilməz. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə, saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə, 1000 manatdan - 2000 manatadək miqdarda cərimə və ya 364 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür", - deyə o qeyd edib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR