"Qarabağ" və "Neftçi" cərimələndi -

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ"ı cərimələyib.

Metbuat.az xəbər verir ki, buna səbəb hər iki klubun azarkeşlərinin Premyer Liqanın XVI turunda keçirilmiş Azərbaycan derbisində davranışları olub.

"Neftçi" fanatları təhqiredici ifadələr işlətdiyi üçün 4 min manat ödəyəcək. "Qarabağ" isə tərəfdarların pirotexniki vasitədən istifadə etməsinə görə 800 manat məbləğində cərimələnib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR