Putin canlı yayıma çıxmaqdan niyə çəkinir? -

Rusiya ordusunun Xersondan geri çəkilməsindən sonra Prezident Vladimir Putinin canlı yayımlara və ictimaiyyət qarşısına az çıxması diqqət çəkir.

Metbuat.az xəbər verir ki, xarici KİV-lər Putinin hüquq müdafiəçiləri ilə görüşü ilə bağlı maraqlı məlumat paylaşıb. Rusiya televiziyaları görüşü canlı yayım kimi təqdim etsə də, Putinin saatı həqiqəti üzə çıxarıb. Saat 18.25-dəki kadrda Putinin saatı 18.05-i göstərib. Ardınca sonrakı kadrda da 20 dəqiqəlik fərq diqqət çəkib. Məlumata görə, görüş canlı deyil, videoyazı ilə təqdim edilib.

Qeyd edək ki, Ukrayna müharibəsindən sorna ən yaxın adamlarının Putinə qarşı çıxması, Kreml rəhbərini ehtiyatlı davranmağa sövq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR