Qərb Ukraynanı müstəmləkə etdi -

“Ukrayna Qərbin koloniyası oldu. Qərb Ukraynadan yem kimi sitifadə edir”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, ABŞ və müttəfiqləri beynəlxalq münasibətlərdə güc faktoruna güvənir. Putin bildirib:

“Qərb illər ərzində utanmadan Ukraynanın qaynaqlarını ələ keçirdi. Donbasda terroru və soyqırımı təşviq etdi. Qərb faktiki olaraq Ukraynanı müstəmləkə edib və indi utanmadan Ukrayna xalqından əsgər, qoç kimi istifadə edərək, Rusiyaya qarşı döyüş meydanına sürükləyir. Qərb Ukraynaya silah, sursat və muzdlular göndərməklə ölkəni intihara sürükləyir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR