Azərbaycan təmsilçisi Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Alina Məmmədova Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış Kuboku" yarışlarında gümüş medal qazanıb.

Metbuat.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, idmançı topla hərəkətlərdə ikinci yeri tutub.

Qeyd edək ki, turnirdə Leyli Ağazadə və Fidan Aladinova da mübarizə aparır. "4-cü Qış Kuboku" dekabrın 12-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR