“Yeni Ulduz”la tanınan müğənni vəfat etdi -

"Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçısı olmuş müğənni Samir Cabbarov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə ifaçının həyat yoldaşı müğənni Oksana Smirnova sosial media hesabında məlumat verib.

"Günəşim söndü...” - O. Smirnova yazıb.

Qeyd edək ki, S.Cabbarov dil xərçənginin ağır formasından əziyyət çəkib. Müğənni məşhur "Yeni Ulduz” televiziya layihəsinin 8-ci mövsümünün iştirakçısı olub.

Allah rəhmət eləsin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR