Azərbaycanın xilaskarı və memarı Ulu Öndər Heydər Əliyevi hörmətlə anırıq -

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.

Həmin dahilər öz qətiyyət və əzmkarlığı ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Biz Azərbaycan vətəndaşları olaraq qəlbimizdə həmişə bir dahini yaşadırıq. Elə bir dahi ki, bu gün onun əsasını qoyduğu vahid və müstəqil dövlətdə yaşayırıq. Böyükdən kiçiyə hər kəsin dilinin əzbəri olan bu şəxs dünya azərbaycanlılarını vahid ad altında birləşdirdi, xalqımıza müstəqillik qazandırdı, dövlətimizi dünyaya tanıtdı. Bir dövlət kimi formalaşmağımız üçün elm, təhsil, mədəniyyət, iqtisadiyyat, bir sözlə bütün sahələrdə əvəzolunmaz addımlar atdı. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını və vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ulu Öndərimiz çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına yorulmadan, əzmlə və qətiyyətlə xidmət edib. Azərbaycan məhz Onun rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib.

Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən Ulu Öndərimizin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Əvvəlcə qeyd etmək lazımdır ki, Onun hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin etdi. Eyni zamanda, müstəqillik dövründə, daha dəqiq desək, ikinci dəfə əldə edilən müstəqilliyimizin itirilmə təhlükəsi yarandığı bir zamanda Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində Azərbaycanın inkişafı təmin olundu, müasir və qüdrətli Azərbaycan inşa edildi.

Xüsusi amillərdən biri də Yeni Azərbaycan Partiyasının Naxçıvanda təsis edilməsi və bu partiyanın qısa müddət ərzində xalqın dəstəyi ilə hakimiyyətə gəlməsidir. Bütün bu reallıqlar, bütün bu gerçəkliklər bu günün güclü, qüdrətli Azərbaycanımızın inkişafıdır. Məhz Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, ölkə tərəqqi yoluna qədəm qoydu. Əbəs deyil ki, bugünkü müasir, müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq dəyərləndirilməkdədir. Bu gün məhz Onun əbədi ideyaları ölkəmizin davamlı tərəqqisinə öz töhfələrini verməkdədir. Ölkə başçımız, partiyamızın sədri cənab İlham Əliyev bu ideyaları Azərbaycan xalqı ilə birgə gerçəkləşdirir, həyata keçirir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyev ölməz və əbədiyaşar lider olaraq hər birimizin qəlbində yaşamaqdadır.

Son olaraq, onu da qeyd etmək istərdim ki, bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də xalqımızın hər bir nümayəndəsi minnətdar olacaq. Bir azərbaycanlı gənc olaraq Heydər Əliyev kimi dahinin qoyub getdiyi irsi yaşatmaq və gələcək nəsillərə ötürmək mənim də vətəndaş borcumdur. Sevgi, sayqı və hörmətlə anırıq!

Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi, gənc könüllü Vahabzadə Səma Bəxtiyar qızı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR