Türkiyə səfirliyi Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, səfirliyin tviter hesabında edilən paylaşımda deyilir:

“Görkəmli dövlət xadimi, müstəqil və müasir Azərbaycanın qurucusu, mənalı həyatını öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevi vəfatının 19-cu ildönümündə dərin hörmət və ehtiramla yad edirik. Ulu öndərin ruhu şad, məkanı cənnət olsun!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR