Həbsdən çıxan sabiq nazir ilk dəfə görüntüləndi -

Bir müddət əvvəl həbsdən buraxılan Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsəgərov uzun müddətdən sonra ilk dəfə görülüb.

Metbuat.az xəbər verir ki, keçmiş nazir Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, Vəli Ələsgərov 14 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, 2016-cı ildə ittihamlarla həbs edilib. Məhkəmə ona 14 il həbs cəzası kəsmişdi. 2022-ci ilin sentyabrında Ali Məhkəmə Vəli Ələsgərov barəsində Apellyasiya Məhkəməsinin qərarını dəyişdirib və onun həbs müddəti azaldılaraq 6 il 9 ay 20 günə endirilib. Eks-nazirin 2016-cı ildən həbsdə olmaqla bu müddəti çəkmiş olması nəzərə alınaraq, 2022-ci il sentyabrın 27-də cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.



Vəli Ələsgərov həbs olunanlara şəxsən işgəncə verirdi"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR