İrandan dəhşətli qərar -

İrandakı etiraz aksiyaları ilə əlaqədar daha bir nəfər edam edilib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Məşəd şəhərində 2 milisi öldürmək və 4 nəfəri yaralamaqda ittiham edilən Mecid Rıza Rahneverd edam edilib. Məlumata görə, edam hökmü ictimaiyyətə açıq olan yerdə icra edilib.

Qeyd edək ki, İranda etiraz aksiyaları ilə bağlı 11 nəfər barəsində edam hökmü verilib. Artıq iki nəfər edam edilib. Edam qərarlarına Qərb sərt reaksiya verib. BMT İranın qərarlarını qınayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR