Volkov, sənin yiyən kimdir? -

AzTV Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovla bağlı aktual şərh yayımlayıb.

Metbuat.az xəbər verir ki, "Həftə" verilişində aparıcı Rövşən Məmmədov Volkovun və tabeçiliyində olan hərbçilərin azərbaycanlılara qarşı saymazyana hərəkətlərinin, separatçı ermənilərə, iranlı casuslara hamilik etməsinin arxasında kiminsə dayandığına işarə edib.

"Axı sülhməramlı kontingentin rəhbərini kimsə təyin edir. Əgər bu təyinat – təbii ki, bu belədir – Moskvadan gəlirsə, Volkovun atdığı addımlara istiqamət verən Moskvadırsa, o zaman belə çıxır ki, o, gördüyü işlərlə bağlı hesabatı Rusiya Prezidenti Vladimir Putinə verir. O halda niyə onun yarıtmaz fəaliyyətinə niyə Kremldən reaksiya gəlmir? Belə çıxır ki, Volkovun Vardanyanla şərikli biznesinin bir ucu da rəsmi Kremlə gedib çıxır", - deyə şərhdə qeyd edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR