"Volkovun istefa tələbi vəzifəsini itirməsi ilə sonlanacaq" -

"Rusiya sülhməramlıları üzərinə götürdükləri vəzifələri yerinə yetirmirlər və bu onu göstərir ki, aksiyalar həm genişlənir, həm də uzun müddət davam etmək ehtimalı var".

Metbuat.az xəbər verir ki, bu sözləri saytımıza siyasi şərhçi Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, yeganə çıxış yolu tərəflərin razılığa gəlməsidir:

"Amma bütün hallarda Azərbaycanın qazancı psixoloji, siyasi, iqtisadi və ekoloji, yəni bu yumşaq güc adlandırılan kateqoriyalar üzrə üstünlükdür. Azərbaycan informasiya savaşında üstünlüyü yenidən ələ keçirmiş oldu və bunun nəticəsi qondarma rejimdə ciddi şəkildə qarşıdurmanın, parçalanmanın əsasını qoyur. Bu, eyni zamanda Ermənistanla Rusiya arasında münasibətlərin kəskinləşməsinə və mənfi mənada ədavətin dərinləşməsinə gətirib çıxardır".

Əziz Əlibəyli qeyd etdi ki, Volkov öz fəaliyyətində ciddi yanlışlıqlara yol verib. Bu səbəbdən tutduğu vəzifədən gedə bilər:

"Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov fəaliyyətində böyük yanlışlıqlara yol verdi. İstisna deyil ki, onun da istefasının tələb olunması vəzifəsini itirməsi ilə sonlanacaq. Bu ekoloji terrorda ciddi şəkildə cinayətlərdə artıq onun da iştirakını qeyd etmək olar".

Qeyd edək ki, artıq 24 saatdan çoxdur ki, azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR