Şuşa və Laçında yaxın günlərdə hava belə olacaq -

"Yaxın günlər ərzində ölkədə hava şəraitini nisbətən yüksək atmosfer təzyiq sahəsi təyin edəcək. Şuşa, Kəlbəcər və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır".

Bunu Metbuat.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, səhər və axşam saatlarında hava dumanlı olacaq. Gecə saatlarında şaxta 2 dərəcədən 7 dərəcəyədək olacaq. Gündüz saatlarında isə temperaturun müsbət 3-5 dərəcə olması ehtimal edilir. Lakin səhər saatlarında və axşama doğru havanın temperaturu bir qədər aşağı enərək 0-2, 0-3 dərəcə şaxta intervalında dəyişəcək.

"Ölkənin digər rayonlarında həftənin sonuna kimi əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Dekabrın 16-da bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Lakin bu qısa müddətli prosedir.

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-dən sonra isə 16-sı axşamdan və 17-si gecə və səhər saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənəyi gözlənilir. Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələrək öz iqlim normasına yaxınlaşacaq", - Xidmət rəisi söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR