ARDNF-in gələn il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR