Təhsil Nazirliyi: "Dayısıgilə gedibmiş..."

Təhsil Nazirliyi: "Dayısıgilə gedibmiş..."
13:14 19 Yanvar 2015
165 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Bakının Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbinin şagirdi Vəzir Həsənovun itkin düşməsi ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.  

Məlum olub ki, yanvarın 5-də məktəbə qayıtmaq adı ilə atasının evindən çıxan Vəzir Kürdəmir rayonuna dayısıgilə gedib. Bir gün sonra dayısı bu barədə Vəzirin atasına xəbər verib.

İnternat məktəbindən verilən məlumatda qeyd olunur ki, VII sinif şagirdi Vəzir atası Azər Həsənovun yazılı müraciəti əsasında dekabrın 25-də evə göndərilib. Tətil günlərini uşaq evdə ailəsi ilə birgə keçirib. Tətildən sonra böyük qardaşı Vəziri internat məktəbinə yola salıb. Lakin uşaq məktəb əvəzinə Kürdəmir rayonu Xəlsə kəndinə dayısının yanına gedib.

Hazırda Vəzir valideynlərinin yanındadır. Atası uşağı özü internat məktəbinə gətirəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR