Putin hər il təşkil edirdi -

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı bu il baş tutmayacaq.

Metbuat.az xəbər verir ki, 2001-ci ildən etibarən Putin yüzlərlə media nümayəndələri qarşısında suallara cavab verirdi. Bu il isə Rusiya liderinin bu ənənəsi baş tutmayacaq. Kremlin sözcüsü Dmitri Peskov mətbuat konfransının bu il baş tutub-tutmayacağı ilə bağlı sualları cavablandırarkən "Ümid edirik ki, o, ( Putin - red) xaricə səfərləri də daxil olmaqla, müntəzəm etdiyi kimi, jurnalistlərlə danışmaq imkanı əldə edəcək" fikirlərini səsləndirib.

Dünya mətbuatında yer alan fikirlərə görə, buna səbəb Rusiya - Ukrayna müharibəsidir. "Politico" nəşri isə fərqli mövqedən çıxış edib. Nəşr Putinin səhhəti ilə bağlı məsələni gündəmə gətirib.

Qeyd edək ki, 2001-ci ildən bəri müntəzəm olaraq hər ilin dekabr ayında illik mətbuat konfransı keçirən Putin bu görüşü ilk dəfə 2005-ci ildə keçirməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR