Tarlalardan yığılan dənli və dənli paxlalı bitkilərin həcmi azalıb

Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a bildirilib ki, 2022-ci il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 132,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz az dənli və dənli paxlalı bitkilər toplanıb.

Eyni zamanda, həmin dövr ərzində 1 milyon 52,3 min ton (1,3 faiz çox) kartof, 1 milyon 810,2 min ton (1,2 faiz çox) tərəvəz, 468,7 min ton (1,9 faiz çox) bostan məhsulları, 1 milyon 248,4 min ton (4,6 faiz çox) meyvə və giləmeyvə, 211,7 min ton (3,3 faiz çox) üzüm, min ton (14,8 faiz az) yaşıl çay yarpağı, 203,7 min ton (8,7 faiz çox) şəkər çuğunduru, 299,1 min ton (10,1 faiz çox) pambıq, 28,9 min ton (12,2 faiz çox) günəbaxan və 4,3 min ton (32,3 faiz az) tütün yığılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR