Az bal toplayan müəllimlər yenidən imtahan verəcəklər -

"Yanvar-fevral ayı ərzində aşağı nəticə göstərən müəllimlərlə işləyəcəyik".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, aşağı nəticə göstərən müəllimlərin yenidən imtahana cəlb olunacağını bildirib:

"Gələn ilin iyun ayında sertifikasiya imtahanında aşağı toplayan müəllimlər yenidən imtahan verəcəklər. Aşağı nəticə toplayanlar da ümid edirik ki, ikinci şansı yaxşı qiymətləndirəcək", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR