Ərdoğan:

"Borrell Rusiya ilə münasibətlərimizi təyin edə və ya tənzimləyə bilməz".

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Ərdoğan Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozef Borrelin Türkiyənin də Avropa Birliyinə üzv ölkələr kimi Rusiyaya qarşı sanksiyalara əməl etməli olduğu barədə bəyanata münasibət göstərərkən bildirib ki, Borreli həmsöhbət kimi qəbul etmir. Borrel ancaq Mövlud bəyin ( Mövlud Çavuşoğlu -red) həmsöhbəti ola bilər:

"O, (Borrel -red) bu məsələlərdə belə bir qərar vermək potensialda deyil. Sən necə olur ki ayağa qalxıb Rusiyaya edilən sanksiyalar çərçivəsində münasibətlərimizi qiymətləndirirsən. Bəs hazırda Avropanın götürdüyü taxılın 44 faizi haradan gəlir? Qara dənizdən gəlir. Vasitəçi kimdir? Türkiyə. Bunun üçün təşəkkür olud? Yox. Bütün Avropa liderləri təşəkkür edir, siz ayağa qalxıb belə bir bəyanat verirsiniz".

Ərdoğan bildirib ki, hazırda Rusiya ilə bağlı gübrə və ammonyak məsələsi də gündəmdədir.

"Cənab Putinin çox maraqlı jesti də var. Deyir ki, "göndərəcəyim taxılı pulsuz göndərərəm". Biz də Putinə "Onu sizdən aldıqdan sonra onu öz dəyirmanlarımızda üyüdək, sonra isə inkişaf etməmiş ölkələrə göndərək" dedik. Təbii ki, cənab Putinə verdiyimiz bu cavab onu çox sevindirdi. Çünki taxılın 44-46%-i Avropaya, 14%-i Afrikaya gedir. Biz bu təkliflə çıxanda demək lazımdır ki, burada Borrelin oyunu pozulub. O da belə bir açıqlama vermək məcburiyyətində qaldı", - deyə Ərdoğan qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR