Baş məşqçi hakimə tüpürdü -

AFFA İntizam Komitəsi futbol üzrə I Divizionun XIV turunda keçirilən “Araz Naxçıvan” – “Neftçi-2” oyunundakı davranışlara görə, 1 baş məşqçi və 5 futbolçunu cəzalandırıb.

Metbuat.az xəbər verir ki, matçın 58-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alan bakılıların çalışdırıcısı Rəşad Abdullayev 5 oyunluq diskvalifikasiya olunub, klub 400 manat məbləğində cərimələnib.

Həmin dəqiqədə təhqiredici hərəkət, söz və jestlər səbəbindən meydandan qovulan qonaqların futbolçusu Ülvü Mədətov 4 oyunluq cəzaya məruz qalıb, həmçinin klubunu 320 manat ziyana salıb.

Söz və hərəkətlə etiraza görə qırmızı vərəqə alan “Neftçi-2”nin digər oyunçuları Bahadur Quliyev və Hüseyn Babayevin hər birinə 1 matçlıq cəza, kluba ümumilikdə 40 manat cərimə kəsilib.

Bundan başqa, AFFA U-13 Liqasının EFA – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının baş məşqçi köməkçisi Alim Qurbanov oyununun 30-cu dəqiqəsində meydana daxil olaraq oyunun rəsmi şəxslərini, baş hakimin şərəf və ləyaqətini təhqir etdiyi, hakimin üstünə tüpürdüyü üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

Həmçinin AFFA U-13 Liqasının EFA – “Neftçi” PFK oyununda “Neftçi” azarkeşləri tərəfindən oyun zamanı və oyun bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqirlər işlədilməsinə görə “Neftçi” klubu növbəti 2 oyunu azarkeşsiz keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR