Şəhidin qardaşı faciəvi şəkildə

Tovuzda mal-qara bazarında ağır qəza qeydə alınıb.

"Qafqazinfo"nun məlumatına görə, rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, vəfat edən Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

Əmrah Əliyev Vətən müharibəsində qəhrəmancasına vuruşaraq noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. O, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Onun Vətənə yadigar 2 övladı qalıb.

Əmrah Əliyev.jpg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR