Barəsində həbs qərarı verilən İmamoğlu niyə böyük sevinc yaşadı? -

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun barəsində verilən həbs qərarına reaksiyası gündəm olub.

Metbuat.az xəbər verir ki, İmamoğlu qərarı İYİ partiyanın sədri Meral Akşenerle görüş zamanı öyrənib. Tərəflər qərarı sevinclə qarşılayıblar.

Qeyd edək ki, Əkrəm İmamoğlu Yüksək Seçki Qurumunun üzvlərini təhqir etdiyi üçün məhkəmə tərəfindən barəsində 2 il 7 ay 15 gün həbs cəzası verilib. Bu yekun qərar deyil və İmamoğlunun şikayət etmək hüququ var. Türkiyə mediası yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan da vaxtilə oxşar hala görə həbs qərarı alıb. Məhz bu qərarın ardından Ərdoğan xalq tərəfindən daha çox dəstəklənib. İndi İmamoğlu da eyni uğuru qazanacağını güman edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR