Eduard Məmmədov sevgilisinin ad günündə -

Kikboks üzrə dünya çempionu olan Eduard Məmmədov stilist sevgilisi Şəhanə Mehrəliyevanın doğum günündə iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə stilist öz instaqram hesabında videolar paylaşıb.

Həmçinin şənlikdə tanınmış müğənnilər - Vasif Məhərrəmli, Ədalət Şükürov da çıxış edib.

Qeyd edək ki, "Ağ Canavar " ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu,peşəkarlar arasında dünya çempionu,peşəkarlar arasında WAKO versiya üzrə interkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiya üzrə dünya kəmərinin sahibi, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi,Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, Milli komandanın baş məşqçisinin köməkçisi, Daxili İşlər Nazirliyinin "DİNAMO" İdman Cəmiyyətinin Baş İnspektoru, polis polkovnik-leytenantıdır.

O, bir dəfə ailəli olub və boşanıb, əkiz övladları var.

Eduard Məmmədov WAKO versiya üzrə Dünya Çempionatında 2021-ci il


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR