​Şimali Makedoniyada bomba həyəcanı -

Şimali Makedoniyada bir sıra qurumlara və təşkilatlara bomba qoyulması barədə polisə məlumatlar daxil olub.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, paytaxt Skopye və Bitola şəhərlərindəki binalara və məktəblərə bomba qoyulması xəbəri polisi hərəkətə keçirib. Ümumilikdə 15 bombanın olduğu barədə xəbər verilib. Asayiş keşikçiləri dərhal hərəkətə keçib. İnsanlar təxliyə edilib. Həmçinin nazir və hökumət nümayəndələrinin iltirak edəcəyi tədbir də bomba iddiasına görə təxirə salınıb.

Axtarışlara baxmayaraq, polis hələki partlayıcı maddəyə rast gəlməyib. Məsələ araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR