Mask jurnalistlərin hesablarını blokladı -

Avropa Birliyi tvitterə sanksiya tətbiq edə bilər.

Metbuat.az xəbər verir ki, buna səbəb tvitterin jurnalistlərin hesabına blok qoymasıdır. Bildirilir ki, İlon Mask tvitteri alandan sonra “The New York Times”, “Washington Post”, “CNN” və “Voice of America” kimi xəbər portallarının əməkdaşlarının hesablarını blok edib.Avropa Birliyindən bəyan edilib ki, tvitterin bu həmləsi narahatlıq yaradıb. Açıqlamaya görə, bu, jurnalistlərin və medianın fikir azadlığına qarşı həmlədir. İlon Maska məsələ barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, AB-nin Rəqəmsal Xidmətlər qaydalarına görə, internet platformaları istifadəçilərin hesablarını blok edərsə, bunu əsaslandırmağa məcburdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR