Aİ Rusiyaya oyuncaq dronların tədarükünə qadağa qoydu

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə oyuncaq dronların, portativ kompüterlərin, radionaviqasiya sistemlərinin, radionəzarət avadanlıqlarının, kameraların və obyektivlərin Rusiyaya tədarükünə qadağanı daxil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında yerləşdirilən məlumatda deyilir.

Sənədə əsasən, yeni məhdudiyyətlər oyuncaq və istirahət üçün nəzərdə tutulmuş dronlara, mürəkkəb generatorlara, daşınan kompüterlərə və kompüter komponentlərinə, elektron sxem lövhələrinə, radionaviqasiya sistemlərinə, radionəzarət avadanlıqlarına, təyyarə mühərriklərinə və mühərrik hissələrinə şamil edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR