Neft 3 faizdən çox ucuzlaşdı

Neft qiymətləri dekabrın 16-da axşam saatlarında 3 faizdən çox ucuzlaşıb.

Bu barədə Metbuat.az “İnterfaks”a istinadən xəbər verir.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçersləri Bakı vaxtı ilə saat 18:37-də bir barel üçün 2,65 ABŞ dolları (3,26%) ucuzlaşaraq 78,56 dollar/barelə düşüb.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin yanvar fyuçerslərinin kotirovkaları qeyd olunan vaxtadək 2,54 ABŞ dolları (3,34%) azalaraq bir barel üçün 73,57 ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR