"Puşkin düz deyib, ermənilər qorxaqdır, quldur" -

"Türklər vətənlərini ermənilərdən çox sevirlər. Türklər torpağı sevirlər, biz pulu sevirik və vətəni pula görə itiririk. Torpaq isə vətənin başlanğıcıdır".

Metbuat.az Hrparak-a istinadən xəbər verir ki, bu fikirləri yazıçı Levon Cavaxyanla erməni mediasına müsahibəsində deyib.

O məşhur rus ədibi Aleksand Puşkinin "sən qorxaqsan, qulsan, ermənisən" fikirlərinə xitabən bildirib ki, ermənilər indi də quldurlar.

"Nikolun yaxşı bacardığı tək şey kreslodan yapışmaqdır. Necə saqqız bir yerdə yapışıb çıxmır, o da eyni şəkildə stula yapışıb. Müharibənin nəfəsi hiss olunur və bu, yeni müharibənin başlanğıcıdır. Çavuşoğlunun dediyi kimi, Azərbaycanın tələbi ədalətlidir. Ən böyük çətinliklər hələ qabaqdadır. Bizim başqa pulumuz və başqa oyunumuz yoxdur. Bizim hazırda edə biləcəyimiz tək şey döyüşə hazırlaşmaqdır. Çünki qarşıda müharibə təhlükəsi var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR