Benzema millidən getdi

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

"Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və bəzi səhvlərə yol verdim. Bunlarla fəxr edirəm. Mən öz tariximi yazdım. Artıq ortaq hekayəmiz başa çatır", - deyə o qeyd edib.

Xatırladaq ki, Fransa yığmasında 97 oyun keçirən Kərim 37 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR