Dünən "28 May", bu gün "Koroğlu" metrosu -

Bakı Metropolitenində yenə də sıxlıq müşahidə edilir.

Metbuat.az xəbər verir ki, bu dəfəki görüntülər "Koroğlu" stansiyasının girişində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə qeyd olunub ki, səhər saatlarında vətəndaşlar metroya daxil olmaqda çətinlik çəkiblər.

Qeyd edək ki, dünən axşam saatlarında metronun "28 May" stansiyasında sıxlıq yaranmışdı.

Həmçinin oxuyun: Metrodakı sıxlıq insanlara çətinlik yaratdı - FOTOLAR

Sıxlıqla bağlı ötən gün metropoliten rəsmisinin verdiyi açıqlamada bildirilmişdi ki, iş günlərində gur saatlarda Bakı metropoliteninin bir sıra stansiyalarında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR