Donetskdə həlledici döyüşlər gedir

Rusiya ordusu Ukraynanın Donetsk bölgəsində yerləşən Yakovlevka məntəqəsini ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiya qüvvələri döyüşlərdən sonra Donetskdə irəliləyib. Məlumata görə, Ukraynada qarşıdurma əsasən Donetsk cəbhəsində gedir.

Ukrayna Prezidenti Vladimir Zelenski də Donetskdə toqquşmaların daha irimiqyaslı olduğunu ifadə edib. Onun sözlərinə görə, Rusiya ordusu cəbhə xəttindəki Bahmut şəhərini ələ keçirmək üçün həmlələr etsə də, Ukrayna ordusu hücumların qarşısını alır. Zelenksi Bahmut şəhərinin strateji əhəmiyyət daşıdığını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR