İran Ukraynada dinc insanlara qarşı terror hücumları təşkil edir -

Ukrayna Prezidenti Vladimir Zelenski müharibə zamanı indiyə qədər 99 mindən çox rus hərbçinin həlak olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, hazırda Donetsk cəbhəsində intensiv döyüşlər gedir. Rusiya ordusu Ukraynanın nəzarətində olan və strateji əhəmiyyət daşıyan Bahmut şəhərini ələ keçirmək üçün hücumlar təşkil edib. Zelenski həmçinin İranı Rusiyaya hərbi dəstək verdiyinə görə tənqid edib.

Zelenski bildirib ki, İran və Rusiya dinc sakinlərə qarşı terror hücumları təşkil edir. Zelenski son 1 gün ərzində İran istehsalı 30 PUA-nın zərərsizləşdirildiyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR