Dünya bazarında neft və təbii qazın qiymətindən nə xəbər?

Dünya bazarında neft ucuzlaşıb, təbii qaz bahalaşıb.

Metbuat.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,06% azalaraq, 1 barelə görə 79,94 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,09% azalaraq, 76,16 dollara bərabər olub.

Təbii qaza gəlincə, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,62% artaraq, 5,456 ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR